Vəkil Yoje Unverdorben

Yoje Unverdorben (oğul) 1 aprel 1962-ci ildə Sele şəhərində anadan olub. Gənclik illərində basketbolla ciddi şəkildə məşğul olub. O zamanlar Yuqoslaviyanın 1 B Basketbol Liqasında oynayan Libela Celje basketbol komandasının üzvü olub. Təhsillə bağlı öhdəliklərinə görə basketboldan ayrılmalı olur. Atası Yoje Unverdorben’in (ata) başlatdığı ailə ənənəsini davam etdirərək hüquqşunaslıq peşəsini seçir və müstəqil vəkil olur. Yoje Unverdorben (ata) Sloveniyadakı məhkəmələrdən birinin hakimi və sədri olub. Onun yazılarına Tone Frantar kimi tanınmış jurnalistik hüquqi ədəbiyyat yazıçıları istinad edib. Keçid dövründə o onlayn milli daşınmaz əmlak reyestrinin yaradılmasına yol açmış milli komitənin üzvü olub. Hal-hazırda o təqaüdçüdür və oğlunun ofisində peşəkar mütəxəssis və gənc hüquqşunasların məsləhətçisi kimi öz köməkliyini göstərir. Yoje Unverdorben (oğul) 1989-cu ildə Lyublyana şəhərində Hüquq fakültəsini bitirib. Təhsilini bitirdikdən sonra Sloveniyanın tanınmış Zdravilišče Rogaška şirkətinin idarə heyətində işləməyə başlayır. Orada o İnsan Resursları və Hüquq Şurasının üzvü kimi fəaliyyət göstərib. Bu müddət ərzində o Sloveniyanın turizm sahəsinin mütəxəssisinə çevrilir və turizm, korporasiyaların fəaliyyəti və statusu ilə bağlı qanunvericilik sahəsində praktiki biliklərini təkmilləşdirir. Keçid dövründə o səhmlərlə bağlı qanunvericiliyin hazırlanmasına öz töhfəsini verir. Onun bir çox elmi işləri və fəaliyyətləri Sloveniyanın Ali Məhkəməsi tərəfindən dərc edilmişdir (VS090256). 1996-cı ildə o müvəffəqiyyətlə vəkillik imtahanını verir. O vaxtdan bu yana müstəqil vəkil kimi işləyir. O ticarət hüququ, müflisləşmə (bankrotluq) hüququ, vergi hüququ, nəqliyyat hüququ və Sloveniya məhkəmələri üzrə mütəxəssis kimi fəaliyyət göstərir. O Sloveniya məhkəmələrində bir çox maliyyə baxımından əhəmiyyətli işləri bağlamağa müvəffəq olub. O bir çox xarici investorların hüquqi məsləhətçisi kimi çıxış edib. O Adriatik dənizinin sahilində daşınmaz əmlak və dəniz turizmi sahələri üzrə təcrübəli, peşəkar məsləhətçidir. O çox aktiv ictimai həyat sürür. O Roqaşka-Slatina Yerli İcmasının sədri kimi fəaliyyət göstərib. O həmçinin 2004-cü ildən bu yana LIONS Club Rogaška Slatina klubunun üzvüdür.

 

Fəaliyyət sahələri

XARİCİ İNVESTORLARIN TƏMSİL EDİLMƏSİ

Xarici investisiyalar

Büromuz xarici investorlara tam logistik dəstək göstərir: şirkətin təsis edilməsindən başlayaraq, onun fəaliyyətinin Sloveniya qanunları çərçivəsində aparılması və hüquqi fəaliyyətin dayandırılmasınadək. Biz işgüzar münasibətlərə daxil olarkən selektiv yanaşmadan istifadə edirik: investorun biznes ideyası, vəkil bürosunun peşəkar və kadr potensialı, eləcə də investorla birlikdə qarşıya qoyulan hədəflərin uğurlu icrasına dair müsbət proqnozun olub-olmaması nəzərə alınır. Bizim şirkətdə Skype və video konfrans daxil olmaqla internet rabitənin bütün növlərindən istifadə olunur.

 

DAŞINMAZ ƏMLAK SAHƏSİNDƏ HÜQUQ

Hüquqi statusun tənzimlənməsi

Biz Sloveniyanın və Xorvatiyanın (Adriatik dənizinin sahilində) daşınmaz əmlak bazarında baş verən bütün hadisələri diqqətlə monitorinq edirik. Yerli xüsusiyyətlərə yaxşı bələd olduğumuz üçün, eləcə də yüksək səviyyədə əməkdaşlıq əlaqələrinə malik olduğumuz üçün biz, əmlakı almağınızdan və ya satmağınızdan asılı olmayaraq, bütün mərhələlərdə (təhlil, qərar, sazişin bağlanması) sizin daşınmaz əmlakla bağlı işlərinizin qayğısına qalacağıq. Bizim müştərilərimiz əmlakı onlayn rejimdə almaq imkanına malikdirlər. Müştərilərimizdən belə bir sorğu gəldikdə, biz əmlakın foto və video materiallarını həmin mülkün yerləşdiyi yerdən birbaşa canlı yayımla təqdim edirik.

 

BEYNƏLXALQ DAŞINMALAR

Logistika

Bizim büromuz öz müştərilərinə beynəlxalq daşınmalar sahəsində tam logistik dəstək göstərir. Biz mütəxəssislərin hazırlığına və xidməti öhdəliklərin/əməliyyatların icrasında lazımi dəstəyin göstərilməsinə zəmanət veririk və bu çərçivədə müştəri ilə birlikdə əlimizdən gələni edirik ki, rəqiblərdən daima bir addım öndə olaq. Qarşılıqlı uzunmüddətli əməkdaşlığın qurulacağı halda, sizin sürücüləriniz və nəqliyyat vasitələriniz hər zaman bizim dəstəyimizdən yararlanmaq imkanına malik olacaqlar. Biz bütün problemlərin optimal həll yolunu təqdim edəcəyik və kiminsə işçilərinizin düşdüyü çətinliklərdən sui-istifadə etməsinə və bundan qazanc əldə etməsinə imkan verməyəcəyik.

 

VERGİ

Fiskal dayanıqlıq

Bizim büromuz əsas diqqəti müştərilərin vergilərinin optimallaşdırılmasına yönəldir. Optimallaşdırma dedikdə, qanuni yollarla əlavə vergiqoymanın qarşısının alınması nəzərdə tutulur. Əlavə vergiqoymanın qarşısının alınması həmçinin kiçik vergilərin tətbiq olunduğu zonaları və ofşor şirkətlərin təsis edilməsini nəzərdə tutur. Əldə etməyi planlaşdırdığınız gəliri və keçmiş vergi öhdəliklərinizi təhlil edərək biz sizə ən optimal vergi strukturu və ticarət subyektinin hüquqi statusu barədə öz məsləhətlərimizi veririk. Mütəxəssislərimizin Sloveniyanın absorbsiya (şirkətlərin bir-birini udması) qanunvericiliyi sahəsində peşəkar biliklərə malik olması bizə imkan verir ki, müştərilərimizin, eləcə də podratçıların bütün ehtiyaclarını və hədəflərini qarşılaya bilək.

 

TURİZM

Turizm sahəsində hüquqi dəstək

90-cı illərdə vəkil Yoje Unverdorben (oğul) Rogaška ZHT d.d. səhmdar cəmiyyətinin idarə heyətinin üzvü olub. Bu şirkətdə o kadr və hüquqi məsələlərə görə cavabdeh olub. Sloveniyanın ilk səhmdar cəmiyyətlərindən biri öz fəaliyyətini Zdravilišče Rogaška Slatina SC holdinq şirkəti çərçivəsində aparıb. Qeyd olunan müddətdə vəkil Yoje Unverdorben (oğul) otellərin idarə olunması və icarəsi sahəsindəki münasibətlərlə yaxından tanış olur. Yoje Unverdorben’in (oğul) zəngin təcrübəsindən faydalanaraq ondan turizm sahəsi üzrə peşəkar hüquqi məsləhətlər ala bilərsiniz. Son bir neçə ildə bizim vəkil büromuz turizm sahəsində müasir metodların işlənib hazırlanması ilə məşğuldur. Bizim mütəxəssislərimiz taym-şer (timeshare, əmlakın müştərək icarəsi) sahəsində Avropa qanunvericiliyinin tələblərini rəhbər tutur. Büromuz turizm sahəsində tanınmış və nüfuzlu mütəxəssis, fəlsəfə doktoru, MBA, Milan Zaqoda ilə əməkdaşlıq edir. Milan Zaqoda eyni zamanda Fontus turizm agentliyinin sahibidir. Taym-şerfraksional (pay) sahiblik kimi turizm industriyasının müasir formaları altında birləşmə Sloveniyanın turizm sahəsinin tender iştirakçıları üçün geniş fürsətlər açır. Bu, xüsusən də böhranlı dövrlərdə, turistik təklifi artırmaq üçün tələb olunan investisiyaların maliyyə mənbələrini təmin etməyə imkan verir.

 

MƏHKƏMƏDƏ TƏMSİLÇİLİK

Təmsilçilik

Vəkil büromuz məhkəmələrdə mülki, ticari və cinayət hüququ üzrə hər cür qanuni təmsilçilik xidmətlərini təqdim edir. Sizin maraqlarınızı məhkəmədə eksklüziv olaraq vəkil büromuzun başçısı, vəkil Yoje Unverdorben (oğul) təmsil edəcək. Daha mürəkkəb və vacib işlərdə təmsilçilik bizim müşavirimiz, Sele şəhərinin Ali Məhkəməsinin təqaüddə olan hakimi və sədri Yoje Unverdorben (ata) ilə müştərək şəkildə həyata keçiriləcək. Beləliklə, sizin maraqlarınız yurisdiksiya sahəsində 50 illik iş təcrübəsi ilə müdafiə olunacaq.

 

Ünvanımız

Ofizlərimiz

Bina dairə məhkəməsi ilə üzbəüzdür

Kafova küç. 2, 2000 Maribor, Sloveniya

Bizə zəng edin!

Qeyri-iş saatlarında da zəngləri qəbul edirik

Telefon: +386 (0)3 819 00 60, +386 (0)59 947 936

Faks: +386 (0)3 819 00 61

Skype vasitəsi ilə həftənin 1-5 günləri saat 7:00-8:00 arası və Mərkəzi Avropa Vaxtı ilə 2:00-3:00 arası bizimlə əlaqə saxlaya bilərsiniz!

 

E-məsləhət

İşinizin qiymətləndirilməsi

İşinizin ilkin qiymətləndirilməsi üçün sizə hüquqi məsləhəti elektron poçt vasitəsi ilə təqdim edə bilərik. Bizimlə telefon, Skype, e-mail və ya onlayn formadan istifadə edərək əlaqə saxlaya bilərsiniz. Ödənişinizi aldıqdan sonra 24 saat ərzində sizə elektron poçt vasitəsilə cavab göndərəcəyik.

E-məsləhət’in qiyməti: Hüquqi rüsumların Tar. No. 39/1 60,00 EUR (ƏDV daxil olmaqla).

Email: joze.unverdorben@gmail.com

Biznes məlumatlar

Vəkil Yoje Unverdorben
Kafova küç. 2
2000 Maribor-Sloveniya-AB

FİDUSİAR HESAB:

SI56 031631000352387 SKB d.d.

E mail: joze.unverdorben@gmail.com
WWW.UNVERDORBEN.EU

 

}

Müştərilər üçün rəsmi iş saatları

Bazar ertəsi: 9.00-12.00, 15.00-17.00
Çərşənbə axşamı: 9.00-12.00
Çərşənbə: Sorğu üzrə
Cümə: Sorğu üzrə

 

 

Linklər

j

Əlaqə forması

6 + 9 =